Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General Lentsov Paşinyanı təkrarladı: Qarabağ Azərbaycandır!

General Lentsov Paşinyanı təkrarladı: Qarabağ Azərbaycandır!

Tarix: 8 Iyul 2023 10:27

Ermənistanın "Hraparak" qəzeti xəbər verir ki, dünən Qarabağdakı separatçı rejimin bir neçə nümayəndəsi, o cümlədən lider Arayik Arutyunyanın yanında separatçı "antiböhran şurası"nın sədri Tiqran Petrosyan Rusiya Sülhməramlı Kontingentinin (RSK) komandanı general-polkovnik Aleksandr Lentsovla görüşüb. 

"Görüş çox gərgin atmosferdə keçdi. Lentsov bildirib ki, Laçın dəhlizində yaranmış vəziyyətə görə məsuliyyət Rusiyadan çox, Nikol Paşinyanın üzərinə düşür. Rus generalın sözlərinə görə, Paşinyanın "Qarabağ Azərbaycandır" deməsindən sonra Laçın yolu bağlanıb.

Fəallar RSK komandirinə deyiblər ki, onlara təhlükəsiz həyata zəmanət verən Putin olub və bu, noyabrın 9-da verdiyi bəyanatla təsdiqlənib, lakin Lentsov yaranmış vəziyyətdə yalnız Rusiya tərəfinin günahkar olduğunu təkzib edib.

O, həmçinin qeyd edib ki, göstərişləri yerinə yetirirlər, siyasi platformada qərarlar qəbul edilməlidir. Nəticədə fəallar general Lentsovla görüşü narazı şəkildə tərk ediblər", - "Hraparak" bildirib.

Eyni zamanda, bəzi məlumatlara görə, məlum olub ki, görüşdən iki gün əvvəl sülhməramlıların qərargahı qarşısında da aksiyalar keçirilib, lakin aksiyalarda maksimum 30 nəfər iştirak edib. 

Görüşdə Samvel Babayanın yaxın dostlarından olan, Rusiya əleyhinə fikirləri ilə tanınan və Qarabağda agent kimi qəbul edilən Artur Osipyanla David Vanyan iştirak edib.

Qarabağlı ermənilərin fikrincə, onlar Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasından alınmış göstərişlər əsasında hərəkət edərək anti-Rusiya əhval-ruhiyyəsini qızışdırırlar.

Milli.Az


Etiketlər:  General Lentsov Paşinyanı təkrarladı Qarabağ Azərbaycandır


RƏYLƏR