Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2023 13:40
Tammiqyaslı müharibənin bu nöqtəsində ABŞ-ın Ukraynaya verdiyi kaset sursatları əhəmiyyətli təsir göstərə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Karnegi Fondunun baş əməkdaşı Maykl Kofman bildirib.
"Nöqsanlara baxmayaraq, bu arsenal Ukraynanın hücumunun gedişi üçün mühüm əhəmiyyət kəsb edir. Ukraynanın hücumu mövcud artilleriya sursatlarının miqdarı ilə məhdudlaşır. ABŞ və digər ölkələr bu əməliyyat üçün ciddi vəsait ayırıblar. Bu döyüş sursatı olmadan hücumu təsəvvür etmək çətindir", - Kofman bildirib.