Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracı 39 milyon dolları ötüb

Yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracı 39 milyon dolları ötüb

Tarix: 10 Iyul 2023 12:40

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz artaraq 39,8 milyon dollara çatdırıb.

Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,2 faiz artaraq 6,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.


Etiketlər:  Yanvar iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracı milyon dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ