Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada buğa qaçışları zamanı 15 nəfər xəsarət alıb

İspaniyada buğa qaçışları zamanı 15 nəfər xəsarət alıb

Tarix: 10 Iyul 2023 17:54

İspaniyanın Pamplona əyalətində (Navarra muxtar bölgəsi - red.) San Fermin festivalı çərçivəsində üç gün ərzində buğalarla qaçışa qatılan təxminən 15 nəfər xəsarət alıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin regional bölməsi məlumat yayıb.

Navarranın himayədarı müqəddəs Ferminin şərəfinə keçirilən festival cümə axşamı Pamplonada başlayıb və bir həftə davam edəcək. Festival çərçivəsində hər gün buğa qaçışları (encierros) keçirilir ki, bu yarışlar zamanı yüzlərlə insan sərbəst buraxılan heyvanlar tərəfindən təqib edilərək bir neçə dəqiqə dar küçə ilə qaçır.

Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edirlər. Festival zamanı yarış iştirakçılarının xəsarət alması halları hər il baş verir.


Etiketlər:  İspaniyada buğa qaçışları zamanı nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ