Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2023 13:30
Böyük Britaniyanın "Standard Chartered" bankının analitikləri hesab edirlər ki, 2023-cü ildə ilk kriptovalyutanın məzənnəsi 50 min dollara, 2024-cü ilin sonunda isə 120 min dollara çata bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, belə vəziyyət hasilatçıları daha çox kriptovalyuta yığmağa təşviq edəcək.
Hələ aprel ayında "Standard Chartered" 2024-cü ilin sonu üçün 100 min dollarlıq "Bitcoin" qiymət proqnozunu dərc edərək, kripto qışının sona çatdığını bəyan etmişdi. İndi isə bankın aparıcı valyuta analitiklərindən biri Ceff Kendrik deyir ki, hazırda bu proqnoza 20% əlavə etmək lazımdır.
İyulun əvvəlində "Matrixport" kriptovalyutasının tədqiqat və strategiya rəhbəri Markus Tilen də 2025-ci ilə qədər BTC-nin dəyərinin 125 min dolları keçəcəyini proqnozlaşdırmışdı.
Qeyd edək ki, "Bitcoin"in cari qiyməti 30 min dollar civarındadır.