Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN

Tarix: 11 Iyul 2023 22:48

Saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub MN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ