Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mustafanın Cavanşir Məmmədovla bağlı dediyi hansı sözlər yalandır? - QALMAQAL BÖYÜYÜR

Mustafanın Cavanşir Məmmədovla bağlı dediyi hansı sözlər yalandır? - QALMAQAL BÖYÜYÜR

Tarix: 12 Iyul 2023 11:25

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa "Təsir dairəsi" verilişinə gələrək yardım istəyib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni və iş adamı bir-birinin ünvanına ittihamlar səsləndirib. Kemal ifaçının qızının onu aldatdığını, onunla ailə quracağını deyib, pulunu aldığını iddia edib. 

Aparıcı Lalə Azərtaş Mustafanın yalan dedektoruna bağlanmasını istəyib. Ötən gün isə Mustafanın yalan dedektoruna bağlanan zaman verdiyi cavablar açıqlanıb. 

Aparıcının "Cavanşir Məmmədova pul vermisən" sualına Mustafa "Yox" cavabını verib. Yalan dedektoru isə bu cavabın yanlış olduğunu göstərib. 

Mustafa isə "İstintaq dövründə verdim. Daha sonra isə Xatirəyə 10 min dollar verdim" sözlərini əlavə edib. 

Kemalın "Cavanşir Məmmədovdan pul almısan" sualına verdiyi "Yox" cavabı da yanlış olub. 

Yalan dedektoru digər suallara verilən cavabların isə doğru olduğunu göstərib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

Milli.Az


Etiketlər:  Mustafanın Cavanşir Məmmədovla bağlı dediyi hansı sözlər yalandır QALMAQAL BÖYÜYÜR


RƏYLƏR