Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Tarix: 12 Iyul 2023 19:21

İyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Milli.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun Laçın Kəlbəcərdəki mövqeləri atəşə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ