Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 23:18
FİFA Əhməd Musanın transferində "Lester Siti"yə transfer haqqını tam ödəmədiyi üçün "Əl-Nəssr"ə qadağa tətbiq edib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəssr" komandası oyunçu transfer edə bilmir. FİFA-nın qərarına görə, "Əl-Nəssr" Əhməd Musanın transferində bonusların hamısını "Lester Siti"yə ödəməyib. Buna görə də, Səudiyyə Ərəbistanı komandasına qadağa qoyulub. "Əl-Nəssr borcunu ödəmədiyi üçün transfer etdiyi futbolçulara lisenziya verə bilmir. Səudiyyə Ərəbistanı komandası Britaniya komandasına 390 min funt sterlinq ödəsə, qadağa aradan qaldırılacaq.
Qeyd edək ki, "Əl-Nəssr" 2018-ci ildə nigeriyalı hücumçunu "Lester Siti"dən 16,5 milyon avroya transfer edib. Ancaq klub oyunçunu 2020-ci ildə sərbəst buraxmışdı.