Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyadan Türkiyə limanlarına 10 milyon tondan çox yük daşınıb

İtaliyadan Türkiyə limanlarına 10 milyon tondan çox yük daşınıb

Tarix: 14 Iyul 2023 11:14

2023-cü ilin yanvar-iyun aylarında İtaliyada Türkiyə limanlarına 11 milyon 117 min 200 ton yük daşınıb.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 3 milyon 184 min 440 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 7 milyon 624 min 844 ton yük çatdırıb.

Bu müddət ərzində İtaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 307 min 916 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına İtaliyadan 13 milyon 159 min 461 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub.

Bununla yanaşı, 2023-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 991 min 490 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 194 milyon 518 min 498 ton yük qəbul edib.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 375 min 119 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 180 milyon 143 min 379 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 926 min 267 ton transit yük daşınıb.

Milli.Az


Etiketlər:  İtaliyadan Türkiyə limanlarına 10 milyon tondan çox yük daşınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ