Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2023 16:56
İtaliyanın "Yuventus" klubu dörd futbolçusu ilə yollarını ayırmaq istəyir.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Turin təmsilçisi Leonardo Bonuççi, Ueston Makkenni, Denis Zakariya və Arturla vidalaşmaq niyyətindədir.
Bu oyunçuların "qoca sinyora"nın planlarına daxil olmadığı vurğulanıb.