Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi

Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi

Tarix: 14 Iyul 2023 17:12

Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmin idarənin rəis müavini olan polis polkovniki Mahhir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.

Qeyd edək ki, Rəşad İsmayılov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad ediləndən sonra həmin posta Süleyman Nemətov təyin edilib.


Etiketlər:  Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ