Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-iyun aylarında Aliağa limanı 3 mindən çox gəmi qəbul edib

Yanvar-iyun aylarında Aliağa limanı 3 mindən çox gəmi qəbul edib

Tarix: 14 Iyul 2023 17:14

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa limanı 3 min 241 gəmi qəbul edib.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin İzmir şəhərindəki Aliağa limanı Türkiyə bayrağı altında üzən 843, digər ölkələrin bayraqları altında üzən 2 min 398 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.

Milli.Az


Etiketlər:  Yanvar iyun aylarında Aliağa limanı 3 mindən çox gəmi qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ