Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...

Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...

Tarix: 15 Iyul 2023 13:42

Rusiya Federasiyasının Çerepovets rayonunda pastorun övladlığa götürdüyü oğlu "günah" ucbatından intihar edib. 14 yaşlı yeniyetmə qardaşı ilə valideynlərindən soruşmadan filmə baxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, uşağın meyiti valideynləri, qardaşı və bacısı ilə birlikdə yaşadığı mənzildə tapılıb. Onun yanında intihar məktubu da aşkar edilib.

"Mən günah etdim, soruşmadan film izlədim və özüm üçün bir cəza tapdım", - uşaq yazıb.
Filmin adı və mövzusu məlum deyil.

Bildirilir ki, uşağı övladlığa götürən ata protestant kilsəsində pastor işləyir.
Məktəbdə oğlan müsbət keyfiyyətli insan kimi xarakterizə olunub, yaşıdları ilə heç bir münaqişə yaşamayıb.

Məsələ ilə bağlı "İntihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir İcazəsiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ