Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir - Hakan Fidan

FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir - Hakan Fidan

Tarix: 15 Iyul 2023 14:52

FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir.

Sonxeber.net TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"FETÖ terror təşkilatının bir çox ölkədə fəaliyyətini dayandırmışıq. 7 il əvvəl 15 iyul çevriliş cəhdi zamanı 251 vətəndaşımız vətən yolunda son nəfəsini verib. FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan, bir çox ölkələrdə fəaliyyət göstərən FETÖ birləşmələrin bağlanmasını təmin edib. Müasir dövrümüzdə da dünyanı FETÖ-yə dar etməyə davam edirik. Ayaq basdıqları bütün ölkələrdə fəaliyyətlərinə son qoymuşuq",- deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.


Etiketlər:  FETÖ terror təşkilatı ilə mübarizə dövlətimizin əsas prioritetlərindən biridir Hakan Fidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ