Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 08:52
Misirin Qena əyalətinin kəndlərindən birinin sakinlərinin xəstəliyinə tutulması həkimləri çaşdırıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyi yoluxmuş və ekoloji obyektlərdən nümunələr götürmək üçün ora dəstə göndərib.
Əl-Uleykat kəndində sakinlər naməlum xəstəliklə bağlı kütləvi şəkildə yardım üçün müraciət etməyə başlayıblar. Xəstəlik bütün əhali arasında sürətlə yayılmağa başladı. Qahirə24-ün məlumatına görə, bu günə qədər minə yaxın insan xəstələnib.
Sirli xəstəliyin əsas əlamətləri yüksək hərarət, ağrılar, ishal və qusmadır.