Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 15:00
14:58
Yayılan video ilə bağlı bildiririk ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.
Bu barədə Sonxeber.net-a TƏBİB-dən məlumat verilib.
"Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.
Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə it dişləyən 7 yaşlı uşaq qidalanma zamanı qeyri-normal hərəkətlər nümayiş etdirir.
---------
13:25
Sosial şəbəkələrdə sahibsiz küçə itlərinin hücumu nəticəsində quduzlaşmış uşağın görüntüləri müzakirələrə səbəb olub.
Sonxeber.net xəbər verir ki, məsələni araşdırmaq, uşağın hansi xəstəxanada yerləşməsi və hazırda vəziyyətinin necə olması ilə bağlı news24.az TƏBİB-ə müraciət edib. Qurumdan bildirdilər ki, həmin uşaqla bağlı bütün məlumatlar məxfi saxlanılır.
Yalnız araşdırmalar bitdikdən sonra ictimaiyyətə bu haqda məlumat veriləcək.