Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 17:36
Bu ilin yanvar-iyun aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 10 milyon 190 min 94 ton yük qəbul edib.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 1 milyon 723 min 652 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 466 min 442 ton yük daşınıb.
"2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Ambarlı limanından 4 milyon 853 min 524 ton tranzit yük aşırılıb", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib.
"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub", - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2023-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 991 min 490 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 194 milyon 518 min 498 ton yük qəbul edib.
"2023-cü ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 375 min 119 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 180 milyon 143 min 379 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 926 min 267 ton transit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.
Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib.