Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 18:06
Rusiya Qvardiyasına ağır texnika ilə silahlanma hüququ verən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış politoloq İqor Korotçenko deyib.
Ekspert bu layihəni "Vaqner" üsyanının ilk nəticəsi kimi dəyərləndirib.
Korotçenko layihədə Rosqvardiyaya tank, artilleriya, reaktiv yaylım atəş sistemi və zərbə helikopterlərinin verilməsinin nəzərdə tutulduğunu bildirib.
"Ordu generalı Viktor Zolotovun siyasi baxımdan ciddi güclənməsi..." - deyə o, əlavə edib.