Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qonşu ölkədə qorxulu xəstəliyin ocağı aşkar edildi

Qonşu ölkədə qorxulu xəstəliyin ocağı aşkar edildi

Tarix: 18 Iyul 2023 21:00

Rusiyanın Kursk vilayətində qızılca xəstəliyinin ocağı müəyyən edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə  Rospotrebnadzorun regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Bu günə qədər Kursk ərazisində 70 qızılcaya yoluxma faktı qeydə alınıb. 30 hadisə laboratoriyada təsdiqlənib, 34 halda klinik və epidemioloji diaqnoz qoyulub, 6 nəfər qızılca şübhəsi ilə müşahidə altındadır. Xəstələr arasında 50 uşaq, 20 böyük var. 50 xəstə uşaqdan 27-si təhsil müəssisələrinin tələbəsidir. Xəstə uşaqların hamısına imtinalar səbəbindən qızılcaya qarşı peyvənd vurulmayıb" deyə bildirilib.

Milli.Az


Etiketlər:  Qonşu ölkədə qorxulu xəstəliyin ocağı aşkar edildi


RƏYLƏR