Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçilib

“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçilib

Tarix: 18 Iyul 2023 21:26

"Sumqayıt" Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.

Klubun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci illər dövrəsi üçün assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin "Sumqayıt" qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət ediləcək.

Azərbaycan klublarından "Neftçi", "Qarabağ" və "Qəbələ" də hazırda qurumun üzvləridir.

Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda birliyin 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.

Milli.Az


Etiketlər:  Sumqayıt Avropa Klublar Birliyinə üzv seçilib


RƏYLƏR