Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Türkiyəyə təyyarə göndərdi

Rusiya Türkiyəyə təyyarə göndərdi

Tarix: 18 Iyul 2023 23:28

Rusiya Türkiyədəki meşə yanğınları ilə mübarizədə bu ölkəyə iki amfibya təyyarəsi göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, artıq amfibiya təyyarələri Türkiyəyə uçub.

"Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın Fövqəladə Hallar İdarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçdu. Türkiyə Respublikası iri meşə yanğınlarının söndürülməsi ilə mübarizə aparır", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Milli.Az


Etiketlər:  Rusiya Türkiyəyə təyyarə göndərdi


RƏYLƏR