Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Köhnə avtomobillərə tələb azalıb - VİDEO

Köhnə avtomobillərə tələb azalıb - VİDEO

Tarix: 19 Iyul 2023 05:34

İstehsal tarixi köhnə avtomobillərə tələb azalıb, təklif isə xeyli çoxalıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, artıq bir müddətdir ki, istehsal tarixi 2013-cü ilə qədər olan avtomobillərin ölkəyə idxalı dayandırılıb.

Qərarın qüvvəyə minməsindən sonra isə həmin nəqliyyat vasitələrinin bahalaşacağı gözlənilirdi. Ancaq ötən dövr ərzində bunun əksi yaşanmaqdadır.

Avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirov deyir ki, hazırda köhnə avtomobillərə tələb azalıb, təklif isə gözləniləndən daha çoxdur.

Sərxan Qədirov bildirir ki, alıcılar daha çox yeni və ya taksi fəaliyyəti üçün əlverişli olan nəqliyyat vasitələri axtarırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə deyir ki, avtomobil bazararındakı durğunluq mövsümi xarakterlidir.

Onun sözlərinə görə, elektomobillərin idxal rüsumunun ləğvi ölkədə avtomobil parkının yenilənməsinə gətirib çıxarır.

Dövlət Statistika Komitəsinin məlumatında da belə nəqliyyat vasitələrinin ölkəyə idxalının 7 dəfədən çox artdığı qeyd edilib. Eldəniz Cəfərovun fikrincə, yeni qaydalar istehsal tarixi köhnə avtomobillərin tədricən istismardan çıxarılmasına səbəb olacaq.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Köhnə avtomobillərə tələb azalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ