Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çağatay eşq iddialarını yalanlasa da... - FOTO

Çağatay eşq iddialarını yalanlasa da... - FOTO

Tarix: 20 Iyul 2023 00:55

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Çağatay Ulusoyun özündən 14 yaş böyük olan keçmiş model Ece Sükanla sevgili olduğu iddia edilib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bərabər istirahətə getdikləri deyilən ikili ötən gün Marmarisdə partidə birgə əylənib. İkilinin eyni məkanda olduğunu əks etdirən görüntülər sosial mediada yayılaraq haqlarında çıxan iddiaları daha da gücləndirib.

Qeyd edək ki, Çağatay ötən ilin sonunda 6 il münasibətdə olduğu həmkarı Duyğu Sarışından ayrılıb. Onun bir müddət əvvəl aktrisa Afra Saraçoğlu ilə eşq yaşadığı iddia edilsə də, tərəflər xəbəri təkzib etmişdilər.

Çağatay daha əvvəl verdiyi açıqlamada Ece ilə münasibətdə olduqlarını inkar etmişdi.

Milli.Az


Etiketlər:  Çağatay eşq iddialarını yalanlasa FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ