Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 13:34
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov Ankarada Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
Sonxeber.net TurkicWorld-ə istinadən xəbər verir ki, Ulan Niyazbekov Türkiyənin miqrasiya siyasətində mövcud dəyişiklikləri nəzərə alaraq, müxtəlif səbəblərdən ölkədə qalma qaydalarını pozan Qırğızıstan vətəndaşlarına onların maneəsiz (cərimə və deportasiya olmadan) ölkədən getməsinə və sonradan leqallaşdırılmasına görə miqrasiya amnistiyasının keçirilməsini, vizasız rejimin müddətinin 90 gündən 180 günə qədər artırılmasını təklif edib.
Məlumata əsasən, Ali Yerlikaya Qırğızıstan tərəfinin təklif və xahişlərini ətraflı öyrənməyə hazır olduqları bildirilib.
Bundan əlavə, tərəflər birgə layihə və təşəbbüslərin həyata keçirilməsi üçün iki ölkənin hüquq-mühafizə orqanlarının işini davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni miqrasiyaya qarşı lazımi addımların atılması barədə təlimat verib.