Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu quşlar meşələrin məhv olmasına səbəb ola bilər - VİDEO

Bu quşlar meşələrin məhv olmasına səbəb ola bilər - VİDEO

Tarix: 22 Iyul 2023 02:02

Masallı meşəsi vağ quşlarının kütləvi məskəninə çevrilib.

Adətən su hövzələri ətrafında gördüyümüz Vağ quşları bu dəfə Masallı rayonunun Viləş kəndində meşə zolağında məskən salıblar. Belə bir şey indiyə qədər müşahidə olunmadığından sakinlərin marağına səbəb olub.

Kənd sakinlərinin sözlərinə görə, quşlar bu ərazidə təqribən 2-3 ay bundan əvvəl görünməyə başlayıb.

Hazırda hər ağacda demək olar ki, 50-yə yaxın quş yuva qurub. Buna baxmayaraq, meşə ərazisində quşların kütləvi leşlərinə də rast gəlinir.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Qızılağac Milli Parkının elmi işçisi Müstəqim Bəşirov "Xəzər Xəbər"ə bildirib ki, quşların yerini dəyişməsi təbii prosessdir. Quşlar Qızılağac Milli Parkı ərazisindən təqribən 5 km uçaraq yerlərini dəyişiblər. Onların yerlərinin dəyişməsi qida ilə bağlıdır. Meşə ərazisinə yaxın yerlərdə yonca, buğda sahələri var. Quşlar da yonca, buğda sahələrinə daraşan qurd və çəyirtkələrlə qidalanırlar. Vağlar sakinlərə, təsərrüfatlara ziyan verməsələr də, onların ifrazatı meşə zolağındakı ağacların tamam məhv olmasına səbəb ola bilər.

Elmi işçi onu da bildirib ki, quşların yerdəyişməsi müvəqqətidir. 1 - 2 aydan sonra onlar yenidən su hövzələrinə qayıdacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  quşlar meşələrin məhv olmasına səbəb bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ