Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hökumətimiz Qurani-Kərimin yandırılmasını pisləyir''

''Hökumətimiz Qurani-Kərimin yandırılmasını pisləyir''

Tarix: 22 Iyul 2023 19:44

Müsəlmanlar Danimarka əhalisinin dəyərli bir hissəsidir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi bəyanat verib.

Qurani-Kərimin yandırılmasını pisləndiyi bəyanatda qeyd edilib ki, Danimarkada din azadlığı var.

"Danimarka hökuməti Qurani-Kərimin yandırılmasını pisləyir. Müqəddəs mətnlərin və digər dini simvolların yandırılması başqalarının dininə hörmətsizlik edən utancverici bir hərəkətdir" - deyə bəyanatda qeyd olunub.

Bəyanatda Danimarkanın ifadə və sərbəst toplaşma azadlığına hörmət edilməli olduğu vurğulanıb, etiraz hüququna dəstək verildiyi, lakin bunun dinc şəkildə davam etdirilməsi qeyd edilib.

Məlumat üçün qeyd edək ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi olan "Danske Patrioter (Danimarka Patriotları)" adlı marjinal qruplaşma üzvləri dünən İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar.

İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qruplaşma üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar.

Milli.Az


Etiketlər:  Hökumətimiz Qurani Kərimin yandırılmasını pisləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ