Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur mahnının bəstəkarının xanımı intihar etdi

Məşhur mahnının bəstəkarının xanımı intihar etdi

Tarix: 23 Iyul 2023 11:34

Məşhur "Рюмка водки на столе" mahnısının müəllifi, rusiyalı bəstəkar, müğənni Jekanın (Yevgeni Qriqoryev) Yelizaveta intihar edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bəstəkarın xanımı ötən gün 37 yaşında həyatını sonlandırıb. Yaxınlarının "StarHit"ə verdiyi məlumata görə, Yelizaveta son illər xəstəlikdən əziyyət çəkib. Bildirilib ki, təcili tibbi yardım gələnə qədər o dünyasını dəyişib.

Qeyd edək ki, cütlük 13 il davam edən münasibətin ardından 2021-ci ildə ailə qurub. Onların 11 yaşlı övladları var.

Sözügedən bəstə Rusiyanın Xalq artisti Qriqori Leps tərəfindən ifa olunub.

Milli.Az


Etiketlər:  Məşhur mahnının bəstəkarının xanımı intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ