Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Vaqner” muzdluları Belarusa buna görə köçürüldü

“Vaqner” muzdluları Belarusa buna görə köçürüldü

Tarix: 23 Iyul 2023 18:48

"Vaqner" üzvlərinin hazırda Belarus ərazisində qoşulduğu tədbirlər Ukrayna əhalisinə psixoloji təzyiq məqsədi daşıyır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.

"Onlar bunu hədə-qorxu gəlmək üçün edirlər. Amma bizi qorxmaq lazım deyil, çünki nə etməli olduğumuzu bilirik və düşmənin kəşfiyyat-diversiya qüvvələrinin Ukrayna ərazisində, xüsusən də Kiyev istiqamətində uğur qazanmaması üçün hər şeyi edirik. Düşmənin hərəkətlərinin qarşısını almaq üçün son bir həftə ərzində Belarusla sərhəddə yolun 5 hissəsi dağıdılıb, 2500-dən çox tank əleyhinə mina döşənib. Bundan əlavə, şəxsi heyətə davamlı olaraq təlimlər keçirilir", - Nayev bildirib.

Milli.Az


Etiketlər:  Vaqner muzdluları Belarusa buna görə köçürüldü


RƏYLƏR