Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karateçilərimizdən Yaponiyada 5 qızıl və 1 gümüş medal

Karateçilərimizdən Yaponiyada 5 qızıl və 1 gümüş medal

Tarix: 23 Iyul 2023 22:10

Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq turnirdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə tviterdə bildirib.

"22-23 iyul tarixlərində Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Karateçilərimizdən Yaponiyada 5 qızıl 1 gümüş medal


RƏYLƏR