Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz muflon ovu ilə məşğul olan şəxsə cəza - Vəhşi heyvanlara iki il yem verəcək

Qanunsuz muflon ovu ilə məşğul olan şəxsə cəza - Vəhşi heyvanlara iki il yem verəcək

Tarix: 26 Oktyabr 2019 18:20

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Firuzkuh rayonunda qanunsuz muflon ovu ilə məşğul olan şəxsə iki illik cəza verilib.

Trend-in məlumatına görə, bunu İranın Tehran vilayətinin Firuzkuh rayonu Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Fərşad Firuzniya deyib.

F.Firuzniyanın sözlərinə görə, o, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək.

İdarə rəsmisi əlavə edib ki, eyni zamanda həmin şəxs rayonun ətraf mühitin mühafizəsi əməkdaşlarının nəzarəti ilə rayonun qoruğunun tullantılarını təmizləyəcək.

Qeyd edək ki, həmin şəxs bu ilin əvvəllərində Firuzkuh rayonu ətraf mühitin mühafizəsi idarəsinin əməkdaşları tərəfindən muflon ovladığına görə saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qanunsuz muflon ilə məşğul olan şəxsə cəza Vəhşi heyvanlara verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ