Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' mərakeşli futbolçu ilə anlaşdı

''Sabah'' mərakeşli futbolçu ilə anlaşdı

Tarix: 25 Iyul 2023 23:24

"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sonxeber.net klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.

Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.

Hadudi karyerası ərzində ölkəsinin "Rasinq Kasablanka", "Berkan", "Difaa" və "Raca Kasablanka" klublarının şərəfini qoruyub.


Etiketlər:  Sabah mərakeşli futbolçu ilə anlaşdı


RƏYLƏR