Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2023 18:48
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu barədə qərar Ukrayna parlamentinin bu gün keçirilən iclasında qəbul olunub. Qərarın müzakirəsi zamanı 347 nəfər lehinə səs verib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasından indiyə qədər ölkədə hərbi vəziyyətin müddəti səkkizinci dəfə uzadılıb.