Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlilik təklifi aldı, ''hə'' dedi, uçurumun kənarına getdilər və...

Evlilik təklifi aldı, ''hə'' dedi, uçurumun kənarına getdilər və...

Tarix: 27 Iyul 2023 20:46

Türkiyənin Çanaqqala şəhərində Yeşim Dəmir adlı qadın 100 metr hündürlükdən yıxılaraq faciəvi şəkildə həyatını itirib.

Sonxeber.net xəbər verir ki, Nizamettin Gürsu sevgilisinə romantik evlilik təklifi etdikdən sonra cütlük gün batımı pikniki ilə nişanlarını qeyd etmək üçün uçurumun kənarına gediblər. Bədbəxtlikdən, Yeşim Dəmir ayağı sürüşərək uçurumdan yıxılaraq dünyasını dəyişib.

Piknik hazırlıqları zamanı yemək və içki almaq üçün qısa müddətə maşınına qayıdan Nizamettin Gürsu qışqırıq səsi eşidib və uçuruma tərəf qaçıb. Bu zaman nişanlısının uçurumdan yıxıldığını görüb. Gürsu yerli mediaya bildirib ki, onlar məkanı romantik mühitə görə seçiblər.

O, hadisə zamanı sevgilisinin spirtli içkinin təsiri altında olduqlarını da açıqlayıb. O, "təklifdən sonra romantik bir xatirə yaratmaq üçün buranı seçdik. Bir az spirtli içki qəbul etmişdik. Təəssüf ki, hər şey birdən-birə baş verdi. Müvazinətini itirərək yıxıldı", - deyə bildirib.

Hadisənin ardından Nizamettin Gürsu dərhal kömək çağırıb. Təcili tibbi yardım əməkdaşları gəlib və onlar 45 dəqiqə ərzində Yeşimi həyata qaytarmağa çalışsalar da, cəhdləri nəticəsiz qalıb.

Baş vermiş hadisə dünya mediasında da gündəm olub. (publika)


Etiketlər:  Evlilik təklifi aldı dedi uçurumun kənarına getdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ