Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General özünü dövlət başçısı ELAN ETDİ

General özünü dövlət başçısı ELAN ETDİ

Tarix: 29 Iyul 2023 08:16

Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun hərbi şuranın, Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti olduğu göstərilib.

Tiani ölkədə geniş yayılmış korrupsiyanı, zəif idarəçilik və təhlükəsizlik problemlərini pisləyib. O əlavə edib ki, Niger beynəlxalq tərəfdaşlığa hörmətlə yanaşacaq.

Milli.Az


Etiketlər:  General özünü dövlət başçısı ELAN ETDİ


RƏYLƏR