Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2023 16:48
Bu ildən özəl xəstəxanalarda bir əməliyyat üçün 500 manatdan artıq ödənişlər nağdsız formada həyata keçirilir. Sözügedən qərar isə dövriyyələri şəffaflaşdırmaq üçün verilib.
Bəs həmin tibb müəssisələrində bu qaydalara əməl olunurmu və qərar səhiyyə xidmətlərinin qiymətlərinə təsir edibmi?
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, tibb üzrə ekspert Adil Qeybulla deyir ki, özəl klinikalarda 500 manatdan artıq ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi gəlirlərə nəzarət baxımından mühüm addımdır.
İqtisadçı Xalid Kərimli də bildirir ki, bu qərar tibb xidmətlərinin qiymətini artıracaq heç bir səbəb formalaşdırmır.
O, əlavə edib ki, hökumət bu qərarla vergidən yayınma və digər neqativ halları məhdudlaşdırmağa çalışır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.