Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

Tarix: 2 Avqust 2023 00:54

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Bu matçlardan sonra Yunanıstanın "Panatinaikos", Sloveniyanın "Olimpiya", Kiprin "Aris" və Slovakiyanın "Slovan" komandaları növbəti raunda yüksəliblər. Limasol təmsilçisi III təsnifat mərhələsində "Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust

21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna) - 2:2
Qollar: Andraj Şporar, 15; 70 - Artyom Dovbik, 24. Eduard Sarapi, 54
Qırmızı vərəqə: Vladimir Tançik, 75 ("Dnepr-1")
İlk oyun - 3:1

22:00. "Olimpiya" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan) - 2:1
Qollar: Timmi Elşnik, 18; 90+2 - Kiril Despodov, 15 ("Ludoqorets")
Qırmızı vərəqə: Son, 83 ()
İlk oyun - 1:1

22:00. BATE (Belarus) - "Aris" (Kipr) - 3:5
Qollar: Valeri Qromıko, 25 (penalti). Aleksandr Martınov, 48. Denis Laptev, 90+3 - Şavi Babika, 8. Yannik Qomis, 26. Kaju, 35. Leo Benqtsson, 56. Mariuş Stepinski, 74
İlk oyun - 2:6

22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 2:2
Qollar: Aleksandar Çavriç, 5. Zuberu Şarani, 66 - Xrvoe Barişiç, 75. Antonio İvançiç, 90+3
İlk oyun - 1:0

Qeyd edək ki, III təsnifat mərhələsinin digər 8 cavab qarşılaşması bu gün keçiriləcək.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Qarabağın potensial rəqibi müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ