Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naməlum şəxs ticarət mərəzində 13 nəfəri yaraladı

Naməlum şəxs ticarət mərəzində 13 nəfəri yaraladı

Tarix: 4 Avqust 2023 10:30

Cənubi Koreyanın Seul yaxınlığındakı Sonqnam şəhərində naməlum şəxsin bıçaqla hücumu nəticəsində ən azı 13 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin ən böyük ticarət mərkəzində baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumçu əvvəlcə şəxsi avtomobili ilə ticarət mərkəzinin girişində olan insanlara çırpılıb, sonra içəri keçərək bıçaqla onlara hücum etməyə başlayıb.

Hadisə yerinə gələn polis cinayətkarı saxlayıb. O, iyirmi yaşlı çatdırılma xidmətinin işçisidir.

Hadisənin motivləri barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  Naməlum şəxs ticarət mərəzində nəfəri yaraladı


RƏYLƏR