Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2023 22:46
Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb. Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir.
Qeyd edək ki, Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 10-a çatıb.