Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 12-yə çatıb

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 12-yə çatıb

Tarix: 5 Avqust 2023 15:48

Gürcüstanın Oni bələdiyyəsində Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində həlak olanlardan daha birinin meyiti taplıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Azı 25 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən hərbçilər də axtarışlara qoşulublar. Ərazidə ümumilikdə təxminən 400 xilasedicinin fəaliyyət göstərildiyi bildirilib.

Milli.Az


Etiketlər:  Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 12 çatıb


RƏYLƏR