Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2023 20:04
Türkmənistan Hava Yolları Aşqabaddan Moskvaya uçuşlara tətbiq etdiyi məhdudiyyətin müddətini oktyabrın 28-dək uzadıb.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Türkmənistan Hava Yolları 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə uçuşları dayandırıb. Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək.
Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər biletdə göstərilən tarix və vaxta uyğun olaraq yola düşməzdən üç saat əvvəl Kazana getməlidir.
Qeyd edək ki, aviaşirkət Rusiya paytaxtının hava məkanında yaranmış vəziyyətlə əlaqədar hərəkəti riskli qiymətləndirib və uçuşları avqustun 1-dən 22-dək dayandırmışdı.