Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə yağış yağacaq

Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə yağış yağacaq

Tarix: 6 Avqust 2023 12:40

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Milli.Az


Etiketlər:  Bakıda hava küləkli olacaq dağlıq ərazilərə yağış yağacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ