Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

Tarix: 4 May 2019 15:39

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,61 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,17 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,36 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan nefti ucuzlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ