Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 07:42
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Qarabağ"a qayıtmaq ehtimalının olması haqda xəbər vermişdik.
Belə ki, futbolçu Xorvatiya superkubokunun "Hayduk"la görüşündə meydana buraxılmadığı üçün komandadan ayrılmaq fikrinə düşmüşdü.
Ağdam təmsilçisinin də, ona təklif göndərməsi Emrelinin geri qayıtmaq ehtimalını daha da artırmışdı.
Sonxeber.net bildirir ki, sportal.az-a verilən məlumata görə, Emreli böyük ehtimalla "Dinamo"da qalacaq.
Belə ki, Zaqreb klubunun baş məşqçisi İqor Bişçan millimizin üzvü ilə danışaraq ona güvəndiyini və oynamaq imkanı tanıyacağına inandırıb.
Məhz bundan sonra da xorvatiyalı mütəxəssis Emreliyə həm yerli çempionat oyunlarında, həm də avrokuboklarda şans verib.
26 yaşlı futbolçunun Xorvatiya çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.