Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına təlim keçir - ABŞ İnstitutu

Rusiya Belarus hərbçilərinə və “Vaqner” xüsusi hərbi təşkilatına təlim keçir - ABŞ İnstitutu

Tarix: 8 Avqust 2023 09:32

Rusiya Belarusda Belarus hərbçilərinə və "Vaqner" xüsusi hərbi təşkilatına təlim keçir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, "Vaqner"in Belarusda olduğunu təsdiqləyən xeyli əyani sübut var:

"Buna baxmayaraq, hərbi təşkilatın rəhbərliyi bu məlumatı təkzib edir. Belarusdakı "Vaqner" qüvvələrinin gözlənilmədən Rusiyaya məzuniyyətə getməsi və qrupun bir hissəsinin Afrika ölkələrinə qəfil "işgüzar səfər" etməsinə dair məlumat var".

Qeyd olunub ki, peyk görüntüləri və digər əyani sübutlar "Vaqner"in hələ də Belarusda olduğunu təsdiqləyir.

Xatırladaq ki, Belarus Müdafiə Nazirliyi dünən Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı.

Qeyd edək ki, "Vaqner" iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra "Vaqner"çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Milli.Az


Etiketlər:  Rusiya Belarus hərbçilərinə Vaqner xüsusi hərbi təşkilatına təlim keçir ABŞ İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ