Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2023 10:16
Keçmiş futbolçu Andrey Solomatin "Espanyol" batalyonu ilə müqavilə imzalayıb və Baxmut yaxınlığında döyüşlərə qatılıb. Onun videomüraciəti sosial şəbəkədə yayımlanıb.
"Espanyol" müxtəlif futbol klublarının azarkeşlərindən yaradılmış könüllü hərbi birlikdir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, idmançı əvvəlcə cəbhəyə yardım aparıb, daha sonra isə orada qalmaq qərarına gəlib.
Qeyd edək ki, Solomatinin 47 yaşı var. O, Rusiya millisində 13 oyun keçirib və 1 qol vurub. Futbolçu klub səviyyəsində Moskvanın "Torpedo", "Lokomotiv" və MOİK kimi komandalarında çıxış edib. Solomatinin Rusiya millisinin heyətində 2002-ci il dünya çempionatında iştirak edib. O, Rusiya çempionu (2002) və ölkə kubokunun beşqat qalibidir (1996, 1997, 2000, 2001, 2002).