Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cennifer Lopez Ben Affleki İstanbulda tək qoydu - FOTO

Cennifer Lopez Ben Affleki İstanbulda tək qoydu - FOTO

Tarix: 9 Avqust 2023 01:20

Dünya şöhrətli Hollivud aktyoru Benn Afflek birinci ailəsi ilə Türkiyəyə tətilə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, keçmiş həyat yoldaşı Cennifer Garnerdən olan qızları Violet Anne, Serafina Rose Elizabet və oğlu Samuel Garner ilə İstanbula istirahətə gələn Afflekin Sultanahmetdə qaldığı üzə çıxıb. 

"Kapalıçarşı"ya baş çəkən Afflek və uşaqları buradakı pərəstişkarlarının diqqətini çəkib. Bundan başqa, axşam Boğazda bir restoranda nahar edən Afflek paparasilərin obyektivinə tuş gəlib.

Məşhuru addım-addım izləyən paparasilər onun istirahətinə soğan doğrayıblar. Belə ki, restorana getmək üçün oteldən çıxarkən, aktyorun mühafizəçiləri və otel işçiləri videonu çəkməyə çalışan paparasilərin qarşısını almağa çalışıb. Mühafizəçilərin sərt rəftarından narahat olan Afflek araya girib.  

Benin uşaqları ilə İstanbul tətili avqustun 10-dək davam edəcək. Həyat yoldaşı Cennifer Lopezin onlarla birlikdə tətili keçirməməsi iş qrafikinin ağır və sıx olduğu göstərilib. 

Milli.Az


Etiketlər:  Cennifer Lopez Ben Affleki İstanbulda tək qoydu FOTO


RƏYLƏR