Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Film çəkilişlərində ölmüş 5 Hollivud ulduzu - FOTO

Film çəkilişlərində ölmüş 5 Hollivud ulduzu - FOTO

Tarix: 9 Avqust 2023 04:04

Milli.Az lent.az-a istinadən film çəkilişləri zamanı həyatını itirmiş, sənətə qurban getmiş məşhurlar barədə məlumat verir.

26 yaşlı Con Erik Heksam 1984-cü ildə çəkiliş meydançasında həlak oldu. "Gizlədilən faktlar" macəra filminin çəkilişi zamanı agent rolunu oynayan Cona saxta əvəzinə həqiqi güllələrlə atəş açılmış, o elə hadisə yerində ölmüşdü.

Karyerasına komediya ustası kimi başlamış Redd Foks "Kral ailəsi" sitkomunun çəkilişləri zamanı çəkiliş meydançasında ölməliydi. Senariyə əsasən aktyoru ürəyi tutmalı və o keçinməliydi. O rolu çox  real oynadı. Ölüm səhnəsi çəkilib qurtarandan sonra aktyorun həqiqətən öldüyü məlum oldu.

Bryus Linin oğlu Brendon Li 28 yaşında "Ölüm qülləsi" filminin çəkilişində ölüb. O da yanlışlıqa atılmış gülləyə qurban gedib.

Tayron Pauer "Süleyman  şah" filminin çəkilişləri zamanı İspaniyada şah taxt- tacında oturarkən ölüb. Necə ki, Süleyman şahın ölümündən xəbər tutulmamışdı, ilk 10 dəqiqədə heç kim ulduz aktyorun öldüyünü yoxsa rol oynadığını anlamamışdı.

Con Ritter çəkiliş meydanında ürəktutmasından ölmüşdü. Ailəsi kinoşirkəti məhkəməyə vermiş, böyük miqdarda kompensasiya almışdı.

Milli.Az


Etiketlər:  Film çəkilişlərində ölmüş 5 Hollivud ulduzu FOTO


RƏYLƏR