Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''də nigeriyalı hücumçu

''Neftçi''də nigeriyalı hücumçu

Tarix: 9 Avqust 2023 23:36

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Milli.Az-a verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.

Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.

Təcrübəli oyunçu buna qədər ölkəsinin "Şutinq Starz", Norveçin "Valerenqa" və "Sarpsborq", Çinin "Quançjou", "Siçuan" və "Çançun Yatay", Rusiyanın "Amkar" və İsrailin "Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə "Ərzurumspor"unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.

Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

Milli.Az


Etiketlər:  Neftçidə nigeriyalı hücumçu


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR