Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərbənd zülmətə qərq oldu - SƏBƏB

Dərbənd zülmətə qərq oldu - SƏBƏB

Tarix: 10 Avqust 2023 00:08

Rusiyanın Dərbənd şəhərində yarımstansiyada baş verən yanğın nəticəsində 30 minə yaxın abonent işıqsız qalıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

"Dərbənd-330" yarımstansiyasında yanğın baş verib, yanğın dərhal söndürülüb. Yarmstansiyanın sıradan çıxması səbəbindən şəhərin Puşkin küçəsindən cənub hissəsinə, eləcə də Dərbəndin ona bitişik hissəsində elektrik enerjisi yoxdur. Ehtimallara görə, 30 mindən çox abonent işıqsız qalıb", - məlumatda deyilir.

"İlkin məlumata görə, təmir iki günə qədər davam edə bilər. Dərbənd rəhbərliyi lazımi tədbirlərin görülməsi üçün operativ qərargahın fövqəladə iclasını çağırıb", - şəhər rəhbərliyi əlavə edib.


Etiketlər:  Dərbənd zülmətə qərq oldu SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ